4 октября 2017 г.

RUSİYANIN ERMƏNİSTANA KÖMƏYİ, VƏ YA AZƏRBAYCAN QARABAĞI NƏDƏN İTİRDİ



«Bu [insan] axın sürü halında Xankəndinə yaxınlaşırdı və bu axını dayandırmaq və ya şəhərə müdafiə təşkil etmək üçün heç bir imkan yox idi. Və deyə bilərəm ki, bu axını ruslar dayandırdılar» – yüksək vəzifəli erməni məmurunun (adı məxfiləşdirilmiş) Tomas de Vaala müsahibəsindən.

Əgər bəzi ermənilərin dediklərinə inansaq, 1992-ci ildə bütün dünya Ermənistana qarşı birləşmişdi: Böyük Azərbaycan ordusu Türkiyənin dəstəyini arxasına alaraq, çiyin-çiyinə döyüşən çeçen və əfqan döyüşçüləri, Anadoludan gələn könüllülər və rus muzdlu əsgərləri ilə kiçik və qürurlu Qarabağı sındırmaq cəhdləri göstərdilər, ancaq onlar nə edə bilərdilər axı, tarix boyu bir dəfə də olsun yenilməz erməni fədailəri Qarabağın müdafiəsinə qalxmışdılar.

Lakin müharibə qurtarandan bəri (hüquqi cəhətdən, de-fakto indiyədək davam edir) çox şey üzə çıxıb. Ermənistan tərəfində Yaxın Şərqdən erməni əsilli döyüşçülər və postsovet məkanından muzdlu hərbçilər vuruşublar. Həddində Ermənistanı İran da dəstəkləyib, hətta ABŞ-da müəyyən məqamda konstitusiyaya edilən düzəliş Azərbaycanı təcavüzkar ölkə elan etdi və ölkəyə ola biləcək hər cür yardımı bağlamışdı.

Ancaq Ermənistana ən böyük dəstəyi Rusiya göstərdi. Yəqin ki, Rusiyanın Ermənistana dəstəyinin səbəbləri yalnız bu iki ölkənin tarixi sıx əlaqələrindən, Ermənistan və Rusiya prezidentlərinin, Ter-Petrosyan və Boris Yeltsin dostluğu deyildi. Hələ 1992-ci ilin payızında Azərbaycan hakimiyyətinə millətçilər gələndə Azərbaycan və Rusiya münasibətləri pozulmuşdu. Əbülfəz Elçibəy Azərbaycanın ilk və hələki yeganə demokratik seçkilərlə seçilmiş prezidenti və Azərbaycan cəmiyyətinin böyük hissəsi Rusiyanı SSRİ-nin və Çar Rusiyasının yeni forması, Azərbaycan sərhədlərində durmuş məşum, işğalçı kimi dəyərləndirirdi. Azərbaycanlılar 1990-cı ildəki qanlı 20 yanvar gününü xatırlayırdılar, azyaşlı uşaqların necə qətlə yetirilməsini, 131-dən 170-dək vətəndaşların​ öldürülməsini, SSRİ tanklarının Bakıya girişi yaddaşlarda idi. Əsaslı nifrət ona gətirib çıxardı ki, Rusiya qoşunlarını ölkədən çıxarmaq prioritet olmuşdu, Rusiya üçün isə hətta Azərbaycanda qoşunların mövcudluğu qaneedici deyildi və Azərbaycanın bu addımı onun planlarına zidd idi. Tələblər arasında rus sülhməramlıları Qarabağa, rus sərhədçi qüvvələri Azərbaycan-İran sərhədinə və rus desant diviziyasını mərkəzi Azərbaycana yerləşdirməsi var idi. Elçibəy dönəmindəki Azərbaycanın Rusiyada səfiri Hikmət Hacızadə xatırlayırdı:

«...onlar dedilər: " Müqavilənin şərtləri budur, imzanı at. Ruslar burada olacaqlar. Müharibə müvəqqəti bitəcək, danışıqlar başlayacaq." Biz isə cavab verdik: "Bu Kiprə çevrilə bilər." Onlar dedilər: " Yaxşı, onda erməni qüvvələri Kəlbəcəri götürəcəklər"» (Miller 2009)

1992-ci ildə Rusiya Federasiyasının Müdafiə Nazirinin birinci müavini Mixail Kolesnikov, Rusiyanın nə Azərbaycana, nə də ki Ermənistana silah tədarük etməmək üçün öhdəliyinə rəğmən, Ermənistana 1 milyard dollarlıq yardıma icazə verdi. Yeri gəlmişkən, Ermənistanın bütün illik hərbi büdcəsi 2015 il ərzində 417 milyon dollar, yəni iki dəfədən çox az təşkil edib (De Waal 2003; CWOTW 2007).

Maraqlıdır ki, Rusiyanın Qarabağ münaqişəsinə müdaxiləsi yalnız iri həcmli silah-sursat təminatı ilə kifayət deyildi. Döyüş əməliyyatlarında Qarabağ separatçıları tərəfindən rus hərbçiləri fəal iştirak edirdilər, və burada söhbət cəbhənin hər iki tərəfində qəpik-quruşa döyüşən rus muzdlulardan getmir. Hələ 1992-ci ilin yayında Azərbaycan ordusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yarısını separatçılardan təmizləmişdi və müharibə sona yaxınlaşırdı ki, işə Rusiya aviasiyası qarışdı nəticə olaraq Azərbaycan ordusunun hücumu dayandırılmalı oldu. Adı məxfiləşdirilmiş yüksək vəzifəli erməni məmur Tomas de Vaala müsahibəsində etiraf edirdi ki, Rusiyasının yardımı olmasa qondarma «Dağlıq Qarabağ Respublikası»nın paytaxtı Stepanakert (Xankəndi), Azərbaycan ordusunun basqını altında məhv olardı (De Waal 2003). Bundan başqa Ermənistan Milli ordusu ilə birgə Rusiyanın 7-ci ordusunun hissələri Ermənistanın Kəlbəcəri işğalında iştirak etmişdilər (Laurila 1999)

Hətta sadalanan Azərbaycanın məğlubiyyətindəki həlledici amil deyildi. Rusiyanın Ermənistana əsas yardımı Azərbaycanda daxili düşmənlərin yardımından ibarət idi. Deməli 1993-cü ildə, yayda baş vermiş məşhur bədnam qiyam, yalnız Qarabağın çox böyük hissəsinin itirilməsinə yox, Əliyevlər ailəsinin, indiyə qədər Azərbaycanda hakim olduğu, avtoritar rejim qurmasına gətirib çıxardı. Qiyam icraçısı isə ruspərəst və kommunist Azərbaycan neftini Rusiya sərvəti hesab edən polkovnik Sürət Hüseynov idi.

Sürət Hüseynov 2-ci Ordu Korpusunun komandiri və 1992-ci ilin yay hücumları zamanı DQMV-nin təxminən yarısının erməni separatçılardan təmizlənməsində iştirakçılardan biri idi. Bu hücum zamanı o, Azərbaycanın Milli Qəhrəmanı adını aldı. Lakin artıq 1993-cü ilin əvvəlində prezident Elçibəy, Hüseynovun və başqa ruspərəst, Müdafiə Naziri Rəhim Qazıyevin birbaşa itaətsizlikləri ilə üzləşdi (De Waal 2003).

1993-cü ilin fevralında azərbaycanlı komandir Niftəliyev, Rəhim Qazıyev və Sürət Hüseynov arasında olan telefon danışığından xəbər tutub:«Hüseynov Azərbaycan əsgərlərini Həsəndizdə mühasirəyə alınmış taleyin ümidinə buraxdığını» - deyirmiş. Niftəliyevin sayəsində bu işə Xarici İşlər Naziri İsgəndər Həmidov qarışdı. Əsgərlərə geri çəkilmək əmri verildi, Qazıyev isə istefa etməyə məcbur oldu. Hüseynov öz qoşunlarını geri çəkdi və qoşunları ləğv etmək əmrinin icrasından imtina etdi. Hüseynovun gedişi, Kəlbəcər dağlığındakı cəbhəni daha da zəiflətdi. Martın 27-dən aprelin 5-dək Qarabağın erməni qüvvələri, Ermənistan Milli ordu hissələri və Ermənistanda yerləşən 7-ci Rusiya ordusu, kiçik bir qrup Azərbaycan əsgəri tərəfindən müdafiə edilən Kəlbəcəri asanlıqla aldılar (De Waal 2003).

Artıq 1993-cü ilin iyununda rusiyapərəst hakimiyyətin qurulması məqsədilə Sürət Hüseynovun qiyamı başladı. Bir çox ekspertlər (De Waal 2003; Çelik 1999; Croissant 1998) Hüseynovun Rusiya tərəfindən birbaşa dəstəkləndiyini var sayırlar, hətta fakt hesab edirlər. Bundan əlavə, Rusiyanın 104-cü desant diviziyası Gəncədən evakuasiya edən zaman, bütün özünün silahlarını Hüseynova verib (Cornell 2000), bu yəqin ki, birbaşa Rusiyanın hərbi müdaxiləsi olmasın deyə, rusiyapərəst qruplaşmaya əhəmiyyətli yardım göstərmək məqsədilə edilmişdi (Coyle 2017).

Qiyamçılar mülki şəxsləri hökumət qoşunları ilə toqquşmadan qaçmaq üçün canlı sipər kimi istifadə edirdilər. İsa Sadıqov bir neçə zabit heyəti ilə Hüseynovla danışıqlar üçün Gəncəyə gələndə, onları aldadaraq tələyə salıblar, döyüblər və zirzəmidə kilitləyiblər. Qiyamın nəticəsində Hüseynov Baş Nazir, sabiq partiya xadimi Heydər Əliyev isə Parlament Spikeri, sonra isə prezident oldu (De Waal 2003)

1993-cü ilin yayındakı böhran faktiki olaraq Qarabağı müdafiəsiz buraxdı, ermənilər də bundan istifadə etmişdilər. İyunun 27-də Ağdərə, tezliklə isə Azərbaycanın bir il bundan əvvəl geri aldığı keçmiş DQMV-nin bütün şimalını götürüblər. Demək olar ki, müqavimətə rast gəlməyərək, ermənilər iyulun 23-də böyük şəhər Ağdamı tutublar və yerlə-yeksan ediblər. Rəhim Qazıyevlə əlbir olan bir başqa ruspərəst qiyamçı​ polkovnik Əlikram Hümbətovun tabeçiliyindəki Lənkaran briqadası, şahidlərin sözlərinə görə, sadəcə silahları toplayıb və mövqelərini tərk edib. Düz bir ay sonra erməni qoşunları cənuba irəlilədilər və Füzuli ilə Cəbrayılı ələ keçirdilər. Avqustun 31 ermənilər Qubadlını götürdülər. Beləliklə, hələki Bakıda hakimiyyət dəyişikliyi baş verirdi, azərbaycanlılar 5 rayon və həmçinin Dağlıq Qarabağın şimalını bütövlükdə itirdilər. Azərbaycan ümumi sahəsi 5 min kv. km ərazisini itirdi ki, indiki qondarma "Dağlıq Qarabağ Respublikası"nın 43% təşkil edir. Şahidlər 1993-cü ilin yayında erməni kampaniyasını «hərbi turizm» adlandırırdılar (De Waal 2003).

Azərbaycan indiyədək öz şimal qonşusunun ucbatından öz qanuni ərazisinin bir hissəsindən olub. Lakin, Ermənistan qalib gəldimi? Ermənistan Rusiyanın misilsiz yardımını alıb, sözün əsl mənasında, ruhunu iblisə sataraq. Mozdokdan gətirilən tankların qiyməti, Ermənistanda Rusiya bazası və Ermənistanın xarici siyasətində Rusiyadan ümumi asılılığı oldu.

Əgər Elçibəyin antirusiya siyasəti Rusiyanı düşmən etdisə, bu siyasət sayəsində Rusiya qoşunları Azərbaycandan çıxarıldı, və bu günə qədər Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada Rusiyanın hərbi bazaları yoxdur. Həmçinin Azərbaycan Rusiyanın Qarabağda rus sülhməramlılarını yerləşdirməsinə hər cür təkidli tələblərinə müqavimət göstərirdi, məhz buna görə də itirilmiş torpaqları geri qaytarmaq üçün Azərbaycanın bütün şansları var — Moldovadan və Gürcüstandan fərqli olaraq, haralarda hakimiyyətlər «sülhməramlıları​ əllərində kalaşnikov avtomatı ilə» öz torpaqlarına buraxdılar. Azərbaycan mütləq torpaqlarını işğaldan azad edəcək.

Azərbaycan müxbirinin çeçen komandir Şamil Basayevlə müsahibəsini xatırladım:

M. : — Fikrinizcə Azərbaycan niyə müharibədə məğlub oldu?
Ş.B. — Kim deyir ki, Azərbaycan məğlub oldu?
M. — Hə, indi real olan odur ki, Azərbaycan ərazisinin 20% işğal olunub.
Ş.B. — Lap qoy 100% ərazisi işğal olunub, siz axı bununla razılaşmayıbsınız.
M. — Təbii ki biz razılaşmarıq.
Ş.B. — Onda kiminsə məğlub olduğunu demək lazım deyil. Bu müvəqqətidir. Heç nə daimi deyil.

_______
Qaynaqlar:

Miller 2009 — Nicholas W. Miller, Nagorno-Karabakh: A War without Peace. Глава из Stopping Wars and Making Peace: Studies in International Intervention.
De Waal 2003 — Том де Ваал, Черный сад.
CWOTW 2007 — Civil Wars of the World: Major Conflicts Since World War II.
Laurila 1999 — Juhani Laurila, Power Politics and Oil as Determinants of Transition: The Case of Azerbaijan.
Çelik 1999 — Yasemin Çelik, Contemporary Turkish Foreign Policy.
Croissant 1998 — Michael P. Croissant, The Armenia-Azerbaijan Conflict: Causes and Implications.
Cornell 2000 — Сванте Корнелл, Конфликт в Нагорном Карабахе:
динамика и перспективы решения.
Coyle 2017 — James J. Coyle, Russia's Border Wars and Frozen Conflicts.

Məqalə rus dilində: http://azeri-nationalist.blogspot.ru/2017/09/blog-post_18.html

0 коммент.:

Отправить комментарий